Pleyeri seçin:
Tramp Ağ Evin damında dronların yerləşdiriləcəyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində tikilən yeni banket zalının damında pilotsuz uçuş aparatlarının yerləşdiriləcəyini bildirib.
Tramp bu barədə Ağ Evdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, bina Vaşinqtonun müdafiəsi üçün xüsusi şəkildə layihələndirilib.
"Dam tam şəkildə elə hazırlanıb ki, orada hərbçilər yerləşdirilə bilsin. Snayperlər üçün Vaşinqtona hərtərəfli baxış imkanı olacaq", – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti bildirib ki, dam həm də dronlar üçün platforma rolunu oynayacaq və məhdudiyyətsiz sayda pilotsuz aparat qəbul edə biləcək.
Tramp əlavə edib ki, tikintidə gülləkeçirməz polad və gülləkeçirməz şüşə istifadə olunur. Dron damı vursa belə, geri sıçrayacaq və zərər verməyəcək.
Kopyalandı
#Donald Tramp teqi istifadə olunub
- Tramp Putinlə Stiv Uitkoffun görüşünə münasibət bildirib
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- "Danışıqlar aparmaq güzəşt demək deyil" | Masa arxasında danışıq, səhnə arxasında mübarizə - Baku TV
- Fransa Prezidenti dezinformasiya təhlükəsindən danışdı
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
