İranda ticarət əməliyyatlarının azalması iqtisadi vəziyyəti daha da çətinləşdirir - Baku TV
İran Prezidenti Məsud Pezeşkian ABŞ sanksiyaları və limanların dəniz blokadası səbəbindən ölkənin ixrac və idxal əməliyyatlarının təxminən 35 % azaldığını rəsmən etiraf edib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İranın ali lideri Müctəba Xamenei hökuməti qiymət artımını cilovlamağa çağırsa da, ölkədə iqtisadi təzyiqlər pik həddə çatıb və illik inflyasiya 66 %-ə yüksəlib.
Pezeşkian həmçinin bildirib ki, Vaşinqtonun neft ixracına müvəqqəti icazə verdiyi qısamüddətli iyun memorandumu dövründə Tehran təxminən 90 milyon barel neft sata bilib. Hazırda ABŞ Maliyyə Nazirliyi Misirin "Banque Misr" bankına qarşı sanksiya tətbiq edərək digər ölkələri də təhdid edir.
Vurğulanıb ki, blokadaya baxmayaraq, iranlı sahibkarlar yükləri Oman vasitəsilə fərqli ölkələrin adı ilə sənədləşdirərək gizli şəkildə Tehrana daşımağın yollarını tapıblar. Eyni zamanda dünya neft nəqlinin 20 %-ni təmin edən Hörmüz boğazından keçən gəmilərin gündəlik sayı yarıbayarı azalıb.
#İran teqi istifadə olunub
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
- İran ABŞ-nin Fars körfəzində hərbi fəaliyyətinə görə sərt xəbərdarlıq edib - Baku TV CANLI
- Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı artır - Baku TV CANLI
- Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV
- Pentaqondan əlavə qüvvələr, İsraildən əməliyyat hazırlığı | Yaxın Şərqdə gərginlik yenidən pik həddə
