Pleyeri seçin:

İrandan ABŞ-yə sərt xəbərdarlıq | Trampın komandasında ara niyə qarışdı? - Baku TV

01 iyul 2026 390 baxış

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etməyə çalışdığı bir vaxtda administrasiyasının iki yüksəkvəzifəli rəsmisi – vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio Tehranla danışıqlar prosesinə fərqli yanaşmalar sərgiləyir. Bu barədə “Axios” yazıb.

Bildirilib ki, Vens daha ehtiyatlı mövqe sərgiləyir. Düşünür ki, Tehranla razılaşmanın gərginliyi azaltmaq və Hörmüz boğazında keçidi normallaşdırmaq ABŞ iqtisadiyyatının sabitliyinə töhfə verə bilər. Rubio isə daha sərt mövqe tutur, İrana qarşı təzyiqin davam etdirilməsinin vacibliyini vurğulasa da, danışıqlar prosesini də dəstəkləyir.

Həmçinin qeyd edilib ki, danışıqların uğurlu olması və bunun qlobal neft bazarının sabitliyinə təsiri Trampın İran, İsrail və Livan arasında maraqlar balansını qura bilməsindən, eləcə də bu iki fərqli yanaşmadan necə istifadə etməsindən asılı olacaq.

“İran yalnız Tehranla Vaşinqton arasında imzalanan memorandumunun bütün bəndləri yerinə yetirildikdən sonra yekun razılaşma üzrə danışıqlara başlayacaq”. Bunu isə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai səsləndirib.

“ABŞ ilə görüşün bir məqsədi olmalıdır. Əgər yekun razılaşma üzrə danışıqlara başlamaqdan söhbət gedirsə, bu, anlaşma memorandumunun bütün bəndləri yerinə yetirildikdən sonra mümkündür. Yaxın günlərdə mövcud prosesi qiymətləndirməli və yekun razılaşma üzrə danışıqlara nə vaxt başlayacağımıza qərar verməliyik”, – deyə o bildirib.

İran həmçinin Yaxın Şərqdə müharibənin dayandırılmasına yönəlmiş qarşılıqlı anlaşma memorandumunun mümkün pozulmasının nəticələri barədə ABŞ-yə xəbərdarlıq edib.

“Biz heç bir addımı cavabsız qoymayacağıq. İranın hədəflərinə qarşı hər hansı təcavüz aktı dərhal və qətiyyətli cavabla qarşılanacaq”, – deyə Bəqai əlavə edib.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 390 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 390 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 390 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 390 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 390 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 390 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 390 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 390 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 390 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 390 baxış
Seçilmişlər
icon