İranın Ermənistandakı səfiri region üçün əhəmiyyətli məsələdən danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan İrana bildirib ki, “Tramp marşrutu” və ya TRIPP-in təhlükəsizlik və ya hərbi xarakter almasına imkan verməyəcək”.
Bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib.
“TRIPP məsələsinin müzakirəsi zamanı əvvəlcədən hansısa qənaətlərə gəlməmək və İranla Ermənistan arasında qarşılıqlı etimad əsasında hərəkət etmək prinsipini qoruyuruq. Əlbəttə, ABŞ-nin İrana qarşı aqressiv və düşmən münasibəti ölkəmizi Amerikanın sərhədlərimiz yaxınlığındakı hansısa mövcudluğuna qarşı daha da həssaslaşdırır, daha diqqətli olmağımızı tələb edir.
Həmçinin Ermənistan hakimiyyəti dəfələrlə bəyan edib ki, bu yolun təhlükəsizlik və ya hərbi xarakter almasına imkan verməyəcək. Ümid edirik ki, davamlı məsləhətləşmələr həm Ermənistana tranzit imkanlarının səmərəli istifadəsini təmin edəcək, həm də İranın təhlükəsizliyi ilə bağlı narahatlıqları aradan qaldıracaq”, – deyə səfir bildirib.
#Ermənistan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- Naxçıvana açılan yol və regional əlaqələri | İrəvan hansı addımı atdı? - Baku TV
