İranın əxlaq polisinin xəstəxanalıq etdiyi qız barədə təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
İranda məcburi hicab qaydalarına əməl etmədiyinə görə, əxlaq polisi tərəfindən döyülən 16 yaşlı Armita Gəravənd dünyasını dəyişib.
Bu barədə İranın yerli media qurumları məlumat yayıb. Məlumata görə, hadisə oktyabrın əvvəlində baş verib.
Yeniyetmə Tehran metrosunda əxlaq polisi tərəfindən döyülüb və aldığı xəsarətlər səbəbindən 28 gün komada qalıb. KİV-in məlumatına görə, oktyabrın 23-də Armitada beyin ölümü qeydə alınıb.
“Guardian” nəşri iki şahidin sözlərinə istinadən yazıb ki, Armita Gəravənd metro vaqonuna minərkən qadın polis onunla mübahisə etməyə başlayıb və yeniyetmə yerə yıxılarkən artıq huşunu itirib.
İran hakimiyyəti isə qızın huşunu itirərək yıxılmasının səbəbini təzyiqinin aşağı düşməsi ilə əlaqələndirib.
#İran teqi istifadə olunub
- COVID-19 və qrip yenidən narahatlıq yaradır: ölənlər var - Baku TV
- COVID-19 və qrip yenidən narahatlıq yaradır - Baku TV CANLI
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
- Trampdan İrana yeni zərbə mesajı
