İranla gərginlik pik həddə: ABŞ hərbi dairələrində artan narahatlıqlar
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də İranla bağlı münaqişənin gələcəyi ətrafında müzakirələr intensivləşir.
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn hesab edir ki, Vaşinqton yaranmış vəziyyətdən çıxış yolu axtarmalıdır, çünki münaqişənin genişlənməsi daha ağır nəticələrə səbəb ola bilər.
CNN-in məlumatına görə, general Keyn son həftələrdə Prezident Donald Trampın müşavirləri ilə görüşlərdə bildirib ki, qarşıya qoyulan məqsədlərə yalnız hava zərbələri ilə nail olmaq mümkün deyil.
Onun fikrincə, hərbi əməliyyatların genişləndirilməsi vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Məlumata əsasən, bu yanaşma ABŞ-nin yüksəkvəzifəli rəsmiləri – vitse-prezident, dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə də müzakirə olunub.
Telekanal qeyd edir ki, altı aydır davam edən döyüşlər fonunda belə bir mövqenin səsləndirilməsi diqqət çəkir.
Generalın əsas məqsədi administrasiya daxilində bu yanaşmaya dəstəyin olub-olmadığını aydınlaşdırmaqdır.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
