Pleyeri seçin:

İranla müharibədə ABŞ-nin 140-dan çox hərbçisi yaralanıb

11 mart 2026 382 baxış

İranla davam edən hərbi qarşıdurma zamanı ABŞ Ordusunun 140-dan çox hərbçisi yaralanıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin iki mənbəyə istinadən yaydığı məlumata görə, müharibənin 10 günü ərzində yaralanan ABŞ hərbçilərinin sayı təxminən 150 nəfərə çata bilər.

"Reuters"in məlumatı dərc etməsindən əvvəl Pentaqon yalnız 8 amerikalı hərbçinin ağır yaralandığını açıqlamışdı. Daha sonra Pentaqonun baş sözçüsü Şon Parnell bildirib ki, "Epik qəzəb" əməliyyatı başlayandan bəri 10 gün ərzində təxminən 140 ABŞ hərbçisi yaralanıb.

Onun sözlərinə görə, yaralananların böyük əksəriyyətinin xəsarətləri yüngüldür və artıq 108 hərbçi yenidən xidmətə qayıdıb. Ağır yaralanan 8 hərbçinin isə yüksək səviyyədə tibbi yardım aldığı qeyd olunub.

Məlumata görə, İran fevralın 28-də başlayan qarşıdurmadan sonra ABŞ-nin hərbi bazalarına cavab zərbələri endirib. Həmçinin bəzi ərəb körfəzi ölkələrində yerləşən diplomatik obyektlər, hotellər və hava limanları hücumlara məruz qalıb, neft infrastrukturu zədələnib.

Pentaqon isə bildirir ki, ABŞ Ordusunun İranın silah ehtiyatlarını və raket buraxılış qurğularını hədəfə alması fonunda İranın həyata keçirdiyi zərbələrin sayı son günlər xeyli azalıb.

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn isə jurnalistlərə açıqlamasında İranın gözlənildiyindən daha güclü rəqib olmadığını deyib. "Onlar döyüşür və buna hörmət edirəm, lakin gözlədiyimizdən daha güclü deyillər", – deyə o bildirib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 382 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 382 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 382 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 382 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 382 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 382 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 382 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 382 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 382 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 382 baxış
Seçilmişlər
icon