İrəvan həm Qərbdə, həm də Şərqdə tərəfdaş axtarır | Mirzoyan
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Avropa İttifaqına üzv olmaq imkanlarını müzakirə edir”.
Bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan “TRT World” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, belə bir fikir son 3-4 il ərzində İrəvanın üzləşdiyi çağırışlar fonunda yaranıb.
“Ermənistan yeni imkanları fəal şəkildə müzakirə edir. Bu baxımdan Aİ-yə üzvlük ideyası da gündəmdədir. Aİ, eləcə də ABŞ Ermənistanda institusional dəyişiklikləri və demokratik islahatları təşviq edir. İrəvan həm Qərbdə, həm də Şərqdə tərəfdaş və müttəfiqlər dairəsini genişləndirməyə çalışır”, – A.Mirzoyan belə deyib.
Xatırladaq ki, Ermənistanla Rusiya arasında münasibətlər sürətlə pisləşir. Rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində fəaliyyətini dayandırdığını bildirib və bunun hüquqi cəhətdən də baş verəcəyini istisna etməyib. Rəsmi Moskva bu mövqeyinə görə İrəvandan izahat tələb edib.
#Ermənistan XİN teqi istifadə olunub
- Mirzoyan Rusiya Prezidentinin açıqlamalarına necə reaksiya verdi?
- Vaan Kostanyanın yerli televiziyaya diqqətçəkən müsahibəsi
- Lavrovdan Cənubi Qafqazla bağlı yeni iddia
- Türkiyə ilə bu istiqamətdə dialoq aparılır | Mirzoyandan açıqlama
- Davamlı sülh üçün növbəti mühüm addım | ABŞ-dəki görüşün detalları
