İsrail bu hadisədən sonra hədəf dəyişdirdi | Qəzzada son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusu Qəzza şəhərinin Şücayə bölgəsinə doğru irəliləyərək evləri atəşə tutub.
Bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində bir ailənin 6 üzvü həlak olub və yaralananlar var.
Bu arada, İsrail-Hizbullah gərginliyi də səngimək bilmir. İyunun 30-da hərbi qruplaşmanın hücumu nəticəsində 18 İsrail hərbçisi yaralanıb. SAXAL-ın məlumatına görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Bildirilib ki, İsrail ordusu bu hadisədən sonra zərbə istiqamətini “Hizbullah” obyektlərinə yönəldib. Əhalinin sosial vəziyyətinə gəldikdə isə sakinlər bildiriblər ki, beş gündür davam edən hücumlar səbəbindən ərazidə su və qida ehtiyatı tükənib. Ancaq buna baxmayaraq, İsrail qüvvələri yaşayış məntəqələrinə aviazərbələr endirməyə davam edir.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
