İsrail-İran münaqişəsi daha da qızışır | ABŞ hərbçiləri də döyüşə hazır vəziyyətə gətirildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İsraillə birgə Fordodakı uran zənginləşdirmə obyektinə zərbə endirə bilər. Bu barədə mənbələrə istinadən “CBS News” məlumat yayıb.
Telekanal qeyd edib ki, Trampın ən yaxın müşavirləri arasında İsrailin hərbi əməliyyatlarında Amerika qüvvələrinin iştirakı ilə bağlı hələ ki tam razılıq əldə olunmayıb.
Buna baxmayaraq, Pentaqon ABŞ qüvvələrini Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, Yaxın Şərq bazalarında yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Vaşinqton İsrailin İranla apardığı müharibəyə qoşulacağı təqdirdə ABŞ-nin Yaxın Şərqdəki hərbi bazaları vurulacaq. “The New York Times” qəzetinin yazdığına görə, İran artıq tədbirlərini görüb və zərbələr endirmək üçün raketləri və hərbi vasitələrini hazır vəziyyətə gətirib.
#ABŞ teqi istifadə olunub
- Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV
- ABŞ Prezidentindən gözlənilməz qərar | Yaxın Şərqdə ara yenidən qarışır? - Baku TV CANLI
- Sazişin adada iki yeni hərbi baza yaratmağa imkan verdiyi bildirilir
- Avropa bu razılaşmaya nə deyəcək? | “Hazırkı real vəziyyət göstərir ki...” - Baku TV
- 22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV
