İsrail İranda haraları hədəfə almalıdır? | Ərağçi bunu ağılsızlıq adlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
“İsrail İranın bütün elektrik stansiyaları, neft-qaz yataqları, yanacaq bazaları, dəniz limanları və aeroportlarına zərbələr endirməlidir”.
Bunu “Bizim ev-İsrail” partiyasının lideri Aviqdor Liberman deyib.
“Biz çox böyük bədəl ödəyirik, İran yaşayış məntəqələri və mülki infrastrukturu hədəf alır. Bu, total müharibədir”, ‒ deyən A.Liberman əlavə edib ki, İsrail yarı yolda dayanmamalıdır.
Hazırkı gərginliyin davamı olaraq döyüşlər Fars körfəzində davam edə bilər. Bu barədə İranın xarici işlər naziri Abbas Ərağçi xarici səfirlərlə görüşdə danışıb.
Onun fikrincə, İranın enerji infrastrukturu hədəf alınsa, bu ssenari qaçılmaz olur. Abbas Ərağçi Fars körfəzinin qaynar nöqtəyə çevrilməsini ağılsızlıq və strateji səhv adlandırıb.
Məlumat üçün bildirək ki, 2025-ci ildə ABŞ-nin “Google” şirkəti “Google Maps”də Fars körfəzinin adını Ərəb körfəzi olaraq dəyişib. Bu, ABŞ Prezidenti Donald Trampın Fars körfəzinin adını Ərəb körfəzi olaraq dəyişmək istədiyini açıqlamasından sonra baş verib.
“Bizim xalqı zor gücü ilə yox edə bilməyəcəklər. Bu aqressiyaya qarşı birləşməli, soyqırıma imkan verməməliyik. Heç bir dövlətdən qorxmuruq”.
Bunu isə İran Prezidenti Məsud Pezeşkian parlamentdəki çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, nüvə proqramı, uranın zənginləşdirilməsi ilə İranın qazanc əldə etməsi və güclənməsinə heç kim mane ola bilməyəcək.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
