İsrail İranın sarsıdıcı hücumları ilə silkələnir | “İran “qırmızı xətt”i keçdi”
Yeniliklərdən dərhal xəbərdar olun
İran ərazisindən pilotsuz uçuş aparatlarının buraxılması ilə əlaqədar İsrailin bir sıra bölgələrində hava hücumu həyəcanı elan edilib, sirenlər səslənib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Bir müddət əvvəl İran ərazisindən İsrailə doğru göndərilən PUA-lar aşkar edildikdən sonra İsrailin bir sıra bölgələrində sirenlər səslənib", – deyə bəyanatda deyilir.
Ordunun mətbuat xidmətindən vurğulanıb ki, İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün müdaxilə və zərbə endirmək üçün tədbirlər görür.
Milli Tibb Xidmətindən isə vurğulanıb ki, İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində dörd nəfər həlak olub, 91 nəfər isə yaralanıb.
Eyni zamanda İsrail müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Müdafiə Qüvvələri İran ərazisindəki strateji hədəflərə zərbələr endirməyi davam etdirir.
"Qüvvələrimiz İrana hücum etməyi və plana uyğun olaraq strateji hədəflərə zərbələr endirməyi davam etdirir, İranın imkanlarına ciddi zərər vurur və İsrail dövləti üçün təhdidləri aradan qaldırır. İran hakimiyyəti İsrailin arxa cəbhəsinə atəş açmaqla "qırmızı xətləri keçib", – deyə nazir əlavə edib.
#İsrail-İran münaqişəsi teqi istifadə olunub
- Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- Gərginliyi alovlandıran məsələ: İran kütləvi zərbələrə məruz qalacaq? - Baku TV CANLI
- İsrailin əsas məqsədi nədir? | Netanyahu istəyinə çatacaq? - Baku TV
- İsrailin İran planı savaş riskini artırır | Netanyahudan diqqətçəkən mesaj - Baku TV
