İsrail Livanda anonsunu verdiyi əməliyyatlara başladı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusunun anonsunu verdiyi quru əməliyyatı çərçivəsində Livan ərazisinə daxil olduğu bildirilir.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrailin zirehli texnikası Metula bölgəsində Livanla sərhədi keçib.
Göründüyü kimi, İsrail Ordusu Livanın cənubunda dəfələrlə elan etdiyi quru əməliyyatlarını başladıb. İsrailin sərhəddə 20 kilometrlik bufer zona yaratmağı planlaşdırdığı bildirilir.
Yerli media baş verənləri “Üçüncü Livan müharibəsi” adlandırıb.
Hazırda İsrail Ordusunun istehkamçıları Livanın cənubunda maneələri aradan qaldırır. Məlumata görə, Livan qoşunları ölkənin cənub sərhədi boyunca İsraillə sərhədin beş kilometr şimalındakı mövqelərdən geri çəkilib.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, İsrail Livanda bir sıra məhdud quru əməliyyatları barədə rəsmi Vaşinqtonu məlumatlandırıb.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
