İsrail Müdafiə Qüvvələri təcili məlumat yaydı: Qəzzada son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
İsraillə HƏMAS arasında oktyabrın 7-də başlayan və hələ də davam edən münaqişədə 10 812 fələstinli, 1400 israilli həlak olub.
İsrail Ordusunun yaydığı xəbərə görə, təkcə noyabrın 9-dan 10-na keçən gecə HƏMAS-ın 50 döyüşçüsü məhv edilib. Bildirilib ki, bu əməliyyat Qəzza zolağında Əl-Şifa xəstəxanası yaxınlığındakı məhəllədə keçirilib. Ərazidə HƏMAS-ın strateji obyektləri, o cümlədən kəşfiyyat xidmətinin qərargahının yerləşdiyi bildirilib.
İsrail Müdafiə Qüvvələrinin yaydığı digər məlumata görə, oktyabrın 7-dən indiyədək ölkəyə Qəzzadan 9500 raket buraxılıb. Hava hücumundan müdafiə qüvvələri yüzlərlə raketi zərərsizləşdirib. İsrail Quru Qoşunlarının Qəzzaya daxil olmasından sonra raket buraxılışları nəzərəçarpacaq dərəcədə azalıb.
Bu arada, İsrail Ordusu “Hizbullah” hərbi qruplaşmasının Livanın cənubundakı obyektlərinə də zərbələr endirib. İsrail Müdafiə Qüvvələri artilleriya və “Ayron Strinq” idarəolunan minaatan mərmisindən istifadə etməklə terrorçuların hədəflərinə hücum edib. Buna səbəb “Hizbullah”ın İsrailin şimalındakı Adamit bölgəsinə doğru tank əleyhinə raket atması olub.
#HƏMAS teqi istifadə olunub
- Netanyahu əvvəlcədən xəbərdarlıq alması barədə xəbərlərə aydınlıq gətirdi
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- “Nuxba” bölməsinin 4 komandiri öldürülüb
- Qəzzanın idarəçiliyi texnokrat hökumətə verilə bilər | HƏMAS kənarda qalacaq? - Baku TV CANLI
- Trampın post-müharibə planı icra edilir | HƏMAS razılaşmaya hazırdır? - Baku TV CANLI
