İsrail Ordusu dayanmaq bilmir | Müdafiə naziri hədəf göstərdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.
İsrail Ordusu HƏMAS-ın ardından bu dəfə Livanda “Hizbullah” hərbi qruplaşması ilə toqquşmanın qaçılmaz olduğunu açıqlayıb.
İsrailin müdafiə naziri Yoav Qallant onu da bildirib ki, SAXAL qələbə qazanana qədər əməliyyatlar davam edəcək:
“İnanıram ki, qələbə bizdən çox da uzaqda deyil. Biz Qəzzada HƏMAS-ı məğlub edəcəyik, Rəfahda buraxdığı son divizionda da əməliyyatlarımızı davam etdirəcəyik. Daha sonra biz fərqli istiqamətə yönələcəyik, yəni Livanla aramızda olan gərginliyi də aradan qaldıracağıq”.
İsrail tərəfinin açıqlamasından sonra Livan rəhbərliyi ölkənin cənubuna canlı qüvvə toplamağa başlayıb. Hökumətin bu addımı atması da insanlarda potensial Livan-İsrail müharibəsinin başlayacağına dair şübhə yaradıb.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
