Pleyeri seçin:
İsrail ordusu Livan ərazisinə hava zərbəsi endirdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiya əyalətinin Tul şəhərində bir binaya zərbələr endirib.
Məlumata görə, İsrailin pilotsuz təyyarələri yaşayış məntəqəsində patrul uçuşları həyata keçirib. Ardınca ordunun sözçüsü Aviçai Edri “X” hesabında bölgədəki yerli sakinlərə təcili evakuasiya çağırışı edib.
O bildirib ki, kənddə yerləşən və təqdim olunan xəritədə qırmızı ilə qeyd etdiyi bina və onun yanında yerləşən tikililər “Hizbullah”ın obyektləridir.
İsrail Ordusu daha sonra həmin binaya zərbələr endirib.
Kopyalandı
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
