İsrail Ordusu Livanı atəşə tutdu | "Hizbullah"dan təcili cavab zərbəsi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində “Hizbullah” hərbi qruplaşmasının raket və bomba bölmələri üzrə səhra komandiri Hüseyn Əli Hüseyni ölüb. Bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, SAXAL eyni zamanda regionda yerləşən sözügedən hərbi qruplaşmanın Baalbek silah-sursat anbarını da hədəf alıb. Nəticədə bir sıra partlayışlar meydana gəlib. Bu da 8 nəfərin yaralanması ilə nəticələnib.
Xəbərə görə, xəsarət alanlardan 6-sı Livan, 2-si isə Suriya vətəndaşıdır. Hula şəhərinə endirilən zərbələr nəticəsində isə azı 2 nəfər həlak olub.
Bütün bunların fonunda “Hizbullah”dan cavab gecikməyib. Qruplaşma İsrailin hərbi obyektlərinə pilotsuz uçuş aparatları və raketlər vasitəsilə hücumlar həyata keçirib. Hadisənin nəticələri barədə isə heç bir məlumat verilməyib.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
