İsrail Ordusundan aranı qarışdıracaq etiraf | Həlak olan girovları...
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin noyabr ayında Qəzza zolağında 3 israilli girovun ölməsi böyük ehtimalla İsrail Ordusunun onların olduğu rayona zərbə endirməsi ilə əlaqədar olub.
Bu barədə İsrail Ordusunun məlumatında deyilir.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı istintaq yekunlaşıb və nəticələri sentyabrın 15-də həlak olanların yaxınlarına təqdim edilib.
“İstintaqın nəticəsi 2023-cü il noyabrın 10-da HƏMAS-ın Şimal Briqadasının komandiri Əhməd əl-Qandurun öldürülməsi ilə nəticələnən hava hücumu zamanı hər üç şəxsin ölməsi ehtimalının yüksək olduğunu göstərir”, – bəyanatda deyilir.
Qeyd edək ki, sentyabrın 10-da İsrail televiziyasının “12-ci kanal”ı İsrail Ordusunun endirdiyi zərbə nəticəsində üç girovun – Nik Beyser, Ron Şerman və Elia Toledanonun öldüyü barədə informasiya yayıb.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
