İsrail Ordusunun Baş qərargah rəisindən açıqlama | Hücumu sürətləndirəcəyik
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusu Livandakı “Hizbullah” hərəkatının hərbi hədəflərinə qarşı yeni irimiqyaslı zərbə dalğasının başladığını elan edib.
Bu barədə ordunun Mətbuat Xidmətinin açıqlamasında bildirilir.
“Hazırda İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın Livandakı hədəflərinə irimiqyaslı zərbələr endirir”, – deyə məlumatda qeyd edilir.
Məlumatda o da deyilir ki, təfərrüatlar daha sonra açıqlanacaq.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ordunun “Hizbullah”a zərbələr endirməyə davam etdirəcəyini bildirmişdi.
Bu arada İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi Livana hücumun yeni dalğasından danışıb.
“Hizbullah”a aman verməyəcəyik. Biz tam gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik. Bu gün biz hücum hərəkətlərini sürətləndirəcək və bütün bölmələri gücləndirəcəyik. Mövcud vəziyyət bütün cəbhədə intensiv əməliyyatların davam etdirilməsini tələb edir”, – deyə İsrail Ordusunun Baş Qərargah rəisi bildirib.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
