İsrail Ordusunun itkiləri açıqlandı | Qəzzada gərgin anlar
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusu Qəzza zolağında quru əməliyyatı başlayandan bu günə qədər 200-dən çox əsgər itirib. Bu barədə İsrail Ordusunun rəsmi saytı məlumat yayıb.
Qeyd olunur ki, İsrail 2023-cü ilin oktyabr ayının sonundan 240 əsgərini itirib. İtkilərin ümumi sayı 579 hərbçidir.
Fevralın 25-də Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail girovları azad etmək üçün HƏMAS-la razılığa gəlsə, Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatı təxirə salacaq. Buna baxmayaraq, Netanyahu əməliyyatın istənilən halda baş tutacağını vurğulayıb.
"Ancaq bu baş verəcək. Razılığa gələ bilməsək, onsuz da bunu edəcəyik", – deyə o bildirib.
Baş nazir əlavə edib ki, o, anklavın cənubunda əməliyyatların başlanmasından bir neçə həftə ərzində münaqişədə qələbə gözləyir.
"Biz Rəfahda əməliyyata başlayanda döyüş əməliyyatlarının intensiv mərhələsinin bitməsinə həftələr, hətta aylar deyil, həftələr qalacaq. Tam qələbə bizim məqsədimizdir və o əlçatandır. Əməliyyatın başlamasından aylar sonra yox, yalnız həftələr sonra", – deyə Baş nazir əlavə edib.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
