Pleyeri seçin:

İsrail Pakistanla müharibəyə hazırlaşır? - London Hindistan və Pakistana ”tələ” qurub?

09 may 2025 591 baxış

“Müasir dünyada döyüş hazırlığında olan bir çox “barıt çəlləkləri” var. Demək olar ki, hamısının dərin tarixi kökləri mövcuddur. Məsələn, Böyük Britaniyanın tez-tez günahlandırıldığı Hindistan-Pakistan münaqişəsi kimi. Hindistanın dekolonizasiyası zamanı London potensial münaqişəni qəsdən yaratmışdı”.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Vitali Arkov deyib.

“Mübahisəli ərazilər üzərində və ya dini zəmində münaqişələr “köhnə Avropa” ölkələrinin Asiya və Afrikadakı bir çox keçmiş müstəmləkələri üçün xarakterikdir – Böyük Britaniya bu məsələdə fərqlənən yeganə ölkə deyil. Bununla belə, keçmiş Britaniya imperiyasının və onun tərkibində olan indi suveren dövlətlərin miqyasını nəzərə alsaq, münaqişələr geniş rezonans doğurur. Bəzi ekspertlər adətən Yeni Dehlinin zəiflədiyini görmək istəyənlər arasında Hindistan-Pakistan münaqişəsinin növbəti eskalasiyasından faydalananları axtarır və ilk adı çəkilən Pekindir ki, onun da İslamabada güclü təsiri var. Sonra ənənəyə uyğun olaraq, Londonun mümkün real iqtisadi və nəticədə siyasi maraqlarının müzakirəsinə keçirlər”, – o bildirib.

Arkovun fikrincə, Vaşinqtonun da adını çəkmək olardı, lakin bu dəfə onun birbaşa iştirakından danışmağa ehtiyac yoxdur:

“Tramp və komandasının siyasəti rəqibləri zəiflətmək və ya ABŞ iqtisadiyyatının, təsirinin artması üçün əlverişli şərait yaratmaq məqsədilə “klassik” müharibələrin başlanması demək deyil. Əksinə, Tramp sülhməramlı və qlobal birgə yaşayışın prinsipcə yeni qaydalarının yaradıcısı kimi tanınmağa nail olmaq istəyir. Bununla belə, Ağ Evdəki respublikaçıların arxasından onların Yaxın Şərqdəki əsas tərəfdaşları – İsrail “boylanır”. Onun Pakistanla münasibətlərini dost adlandırmaq onsuz da çətin idi və Qəzzada hərbi əməliyyat başlayandan sonra daha da gərginləşdi. Belə ki, ötən ilin payızında Haaqa Beynəlxalq Məhkəməsində dinləmələr zamanı Pakistanın ədliyyə naziri Əhməd İrfan Aslam İsraili Fələstin torpaqlarını işğal etməkdə və yerli əhaliyə qarşı soyqırım törətməkdə ittiham edib”.

Banner
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 591 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 591 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 591 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 591 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 591 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 591 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 591 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 591 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 591 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 591 baxış
Seçilmişlər
icon