İsrail Prezidentindən açıqlama gəldi | İranın hücumu "müharibə elanı"dır
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Prezidenti İshak Hersoq İranın ölkəsinə hücumunu müharibə elanı adlandırıb.
Bu barədə o, “Sky News” telekanalına müsahibəsində danışıb.
“Gecə Yaxın Şərqdə 4 istiqamətdən hücuma məruz qaldıq, İranın marionet qüvvələri atəş açırdı, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq. Bu, əsl müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”, – deyə İsrail Prezidenti bildirib.
Bununla yanaşı, İshak Hersok İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb.
“Biz həmişə müttəfiqlərimizi və tərəfdaşlarımızı dinləyirik və onların nöqteyi-nəzərinə hörmət edirik. Biz əlimizdə olan bütün variantları nəzərdən keçiririk və artıq dediyim kimi, vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyik. Mən əlbəttə ki, indi aparılan işlərin operativ təfərrüatlarına toxunmayacağam. Biz müharibəyə can atmırıq”, – deyə İsrail Prezidenti bildirib.
#İsrail-İran münaqişəsi teqi istifadə olunub
- Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- Gərginliyi alovlandıran məsələ: İran kütləvi zərbələrə məruz qalacaq? - Baku TV CANLI
- İsrailin əsas məqsədi nədir? | Netanyahu istəyinə çatacaq? - Baku TV
- İsrailin İran planı savaş riskini artırır | Netanyahudan diqqətçəkən mesaj - Baku TV
