İsrail Qəzzanın cənub və şimalına şiddətli zərbələr endirdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusunun Qəzza zolağının cənub və şimal hissələrinə endirdiyi zərbələr nəticəsində azı 6 fələstinli ölüb, çox sayda yaralı var.
Məlumata görə, İsrail döyüş təyyarələrinin Rəfah şəhərində avtomobili bombalaması nəticəsində 3 nəfər həlak olub.
Qəzzanın ətrafında bir evin bombalanması nəticəsində isə daha 3 dinc sakin həlak olub, bir neçə nəfər isə yaralanıb.
Bundan başqa, Qəzzanın şimal hissəsində israilli hərbçilər Cəbəliyə qaçqın düşərgəsində də bir neçə evi partladıblar.
Ümumilikdə isə İsrail Ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 32 nəfər ölüb, 94 nəfər yaralanıb. Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Bir çoxları hələ də dağıntılar altında qalıb”, – deyə məlumatda bildirilir.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
