İsrail sakinlərinin gözü niyə yolda qaldı? - 600 gündür ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzzada partlayış baş verib. Partlayış İsrail Ordusunun sektora hücumu fonunda qeydə alınıb.
“Reuters”in məlumatına görə, son 10 gündə 180 min insan hücumlara görə evlərini tərk etməli olub. 2 milyon fələstinli isə aclıq riski ilə üz-üzədir.
Onu da qeyd edək ki, 2023-cü ilin oktyabrından bəri Qəzza zolağında ölənlərin sayı 54 056 nəfərə çatıb. Son 24 saat ərzində 79 fələstinli ölüb, 163 nəfər yaralanıb.
HƏMAS 600 gündür ki, israilli girovları azad etmir. Buna görə də İsrail sakinləri 58 nəfərin geri qaytarılması ilə bağlı aksiya keçirib.
Qeyd edək ki, İsrail atəşkəs üçün əsas şərt kimi girovların geri qaytarılmasını qabardır. Lakin hazırda neçə israillinin həyatda qalıb-qalmaması haqqında dəqiq məlumat yoxdur. Çünki son atəşkəs müzakirələrində HƏMAS 5 meyit, 5 girov qaytarmağa razı olduğunu bildirib. İsrail isə mərhələli şəkildə 10 girovun sərbəst buraxılmasını istəyir.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
