Pleyeri seçin:

İsrail və İran arasında qurudan da müharibə başlaya bilər? | Yaxın Şərq od tutub yanır

18 iyun 2025 730 baxış

Yaxın Şərqdə gərginliyin birdən-birə pik həddə çatdığı bir vaxtda İsrail və İranın hərbi gücləri də maraq mövzusuna çevrilib.

Hansının ordusu daha böyükdür? Hansının arsenalında daha müasir və güclü silahlar var?

İran əhalisinin sayı İsraildən 9 dəfə çoxdur, ona görə də ilk baxışdan demək olar ki, İran Ordusu ən azı canlı qüvvə baxımından İsrail Ordusundan xeyli üstündür.

Hesablamalara görə, İsrailin Ordusunda 170 min fəal və 465 min ehtiyatda olan hərbi qulluqçu var. İranın tabeliyində 600 min fəal və 350 min ehtiyat heyət, həmçinin 220 min hərbiləşdirilmiş qüvvə mövcuddur.

Dünyadakı orduların hərbi gücünü müqayisə edən “Global Firepower Index”in məlumatına görə, İran həm şəxsi heyət, həm də quru və dəniz silahları baxımından üstündür. Bu rəqəmlər tablonu bütünlükdə tamamlamağa kifayət etmir.

Uzun müddətdir beynəlxalq sanksiyalarla üzləşən İran böyük imkanlara sahib olsa da, qabaqcıl hərbi texnikaya həsrət qalıb. İran Hərbi Hava Qüvvələrində 37 min işçi çalışır, lakin hücum təyyarələrinin sayı azdır. Əksəriyyəti 1979-cu ildə alınmış Rusiya və ABŞ təyyarələridir.

İsrail isə hava qüvvələrini ABŞ istehsalı olan “F-15”, “F-16” və “F-35”lərlə təkmilləşdirib.

Ümumiyyətlə, bir məqamı xüsusi vurğulamaq lazımdır ki, İranla İsrail arasında 1000 kilometrdən çox məsafə var. İki ölkəni İraq və İordaniya torpaqları ayırır. Ona görə də İran və İsrail arasında qurudan hücum ehtimalı çox aşağıdır. Buna görə də hər iki tərəf aviazərbələrə köklənib.

Sözü biraz rəqəmlərə buraxdıqda mənzərə daha aydın olur. Belə ki, İsrailin hərbi büdcəsi 30.5 milyard, İranın isə 15.5 milyard dollardır. İran nüvə silahına sahib olmadığını qeyd edir, İsrail isə 100-300 nüvə başlığına malikdir. İsraildə ümumilikdə 611 müharibə təyyarəsi, 1300 tank, 5 sualtı qayıq, İranda isə 551 müharibə təyyarəsi, 1700 tank, 25 sualtı qayıq mövcuddur.

Bir sözlə, hər iki ölkənin hərbi arsenalında bir-birindən üstün olduğu məqamlar çoxdur. Bu səbəbdən döyüşlərin gedişatında konkret proqnoz vermək mümkün deyil. Üstəlik, ölkələrin kənardan aldıqları siyasi və maddi dəstək də nəzərə alınsa, bu savaşdan kimin qalib çıxacağı sual altındadır. 

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 730 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 730 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 730 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 730 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 730 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 730 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 730 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 730 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 730 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 730 baxış
Seçilmişlər
icon