Pleyeri seçin:
İsrail və Livan arasında gərginlik artdı | Şiddətli hava hücumu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusu Livanın cənubunda yerləşən Deyr Kifa şəhərinə aviazərbələr endirib.
Nəticədə HİZBULLAH hərbi qruplaşmasının səhra komandiri Fadel İbrahim həlak olub.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs İsrailə qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsinə cavabdeh olub. Xəbərə görə, o, HİZBULLAH-ın Cuayya bölgəsindəki quru qüvvələrinə komandanlıq edib.
Məlumat üçün bildirək ki, İsrail-Livan sərhədində gərginlik artıq pik həddə çatıb. Tərəflər açıqlamalarında müharibəyə hazır olduqlarını bəyan ediblər. Bundan əlavə, onu da qeyd edək ki, 2023-cü ilin oktyabrın 8-dən bu yana 347 livanlı İsrailin endirdiyi aviazərbələrin qurbanı olub.
Kopyalandı
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
