İsrail yenidən İrana hücum edəcək! - Müdafiə nazirindən sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb".
Bunu İsrailin müdafiə naziri İsrael Katz “Kanal 13”ə verdiyi müsahibəsində deyib.
“Biz onu görə bilsəydik, aradan qaldırardıq. Xameneini öldürmək istəyirdik, amma bunun üçün heç bir əməliyyat imkanı olmadı. Lakin Xamenei bunu başa düşdü və yerin altına, çox dərinliklərə çəkildi. Məhv etdiyimiz komandirləri əvəz edən şəxslərlə əlaqəni kəsdi, nəticə etibarilə bu real deyildi”, − deyə İ.Katz bildirib.
Müdafiə naziri ABŞ-nin buna icazə verib-verməməsi ilə bağlı suala isə “Bizim belə şeylər üçün icazəyə ehtiyacımız yoxdur” deyə cavab verib.
İ.Katz bu əməliyyatdan sonra İranın yenidən nüvə obyektlərini bərpa edə biləcəyini düşünmədiyini deyib.
“Tramp bizə yaşıl işıq yandırıb – İranın nüvə proqramı ilə bağlı istənilən irəliləyiş görsək, hücum edəcəyik”, − deyə İ.Katz bildirib.
#Seyid Əli Xamenei teqi istifadə olunub
- "Onun əlindən tutub irəlilədim" | Əraqçi ABŞ-nin hücumundan necə xilas olduğunu danışdı - Baku TV
- Əli Xameneinin dəfn mərasimi onun doğma şəhəri Məşhəddə başa çatdı - Baku TV
- Dünya mətbuatı Xamenei ilə vida mərasimində diqqət çəkən detalları yazır - Baku TV
- Xamenei ilə milyonların son görüşü | Vida mərasimində izdiham - Baku TV
- İranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb
