İsraildən Livana qırıcı təyyarələrlə hücum | Gərginlik pik həddə
İsrail Ordusu Livanın Tir şəhərinə hava hücumları həyata keçirib.
Yerli medianın xəbərinə görə, qırıcı təyyarələr Livanın cənubunda HİZBULLAH-ın bir neçə raket qurğusuna hücum edib.
Raketlərdən biri Livanla sərhədi keçərək açıq əraziyə düşüb. İnsan itkisi barəsində məlumat verilməyib. Livan tərəfi də buna cavab olaraq Qolan təpələrindəki mövqeləri hədəf alıb.
Yerli KİV-in yaydığı məlumata görə, kamikadze dronlarla sözügedən ərazidə yerləşən Nafah bazasına zərbələr endirilib. İsrail Müdafiə Ordusunun Şimal Hərbi Dairəsinin 210-cu diviziyasının qərargahındakı bir neçə hədəf vurulub.
Qeyd olunub ki, HİZBULLAH Ordusu 10-a yaxın hərbi əməliyyat icra edib. Hücumlar fələstinlilərə dəstək məqsədilə həyata keçirilib. Hədəfə alınan ərazilər arasında Bekaa vadisi, Zarit hərbi məntəqəsi və Kfar-Yuval qəsəbəsi də olub.
#İsrail Ordusu teqi istifadə olunub
- Livanda gərginlik pik həddə | İsrail əməliyyata başladı - Baku TV CANLI
- Qəzzada xəstəxananın yaxınlığındakı tibb anbarları hava hücumu nəticəsində dağıldı - Baku TV
- İsrail Qəzzaya zərbələr endirib, yaralananlar var
- Böyük əməliyyat öncəsi İsrail Ordusunda təcili qərar - Baku TV CANLI
- İsrailin Fələstinə endirdiyi zərbələr nəticəsində 37 dinc sakin yaralandı - Baku TV
