İsrailə dərhal etiraz etdik ki... | Rəsmi Pekindən münaqişə barədə təcili açıqlama
Pekin İsrailin hərəkətlərinin beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən normaları pozduğunu, İranın suverenliyinə və təhlükəsizliyinə qəsd etdiyini, regional sülhü, sabitliyi pozduğunu bəyan edib.
Belə bir bəyanatla Çinin xarici işlər naziri Vanq Yi çıxış edib.
"Münaqişə İranın nüvə problemi ilə bağlı çətin qazanılan yaxınlıq danışıqlarını pozdu və Omanın vasitəçilik səylərinə xələl gətirdi. Çin həmişə bütün mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olub və güc təhdidinə və ya güc tətbiqinə qarşı çıxıb. Biz İsrailin güc tətbiqinə dərhal etirazımızı bildirdik.
Əsas prioritet atəşkəs və hərbi əməliyyatlara son qoyulmasıdır.
Biz arxada oturub regional vəziyyətin uçuruma yuvarlanmasını seyr edə bilmərik. Bu kritik anda beynəlxalq ictimaiyyət, xüsusilə də regional ölkələr öz qüvvələrini daha da birləşdirməli, ədaləti müdafiə etməli və müharibəyə qarşı çıxmalıdır. Beynəlxalq birlik sülhü dəstəkləməklə siyasi həll yollarını təşviq etmək üçün beynəlxalq impuls yaratmalıdır”, ‒ çinli nazir bəyan edib.
Nazir onu da əlavə edib ki, Çin Oman və regionun digər ölkələri ilə əlaqələrini davam etdirməklə müharibənin dayandırılmasında və Yaxın Şərqdə sülhün bərqərar olunmasına kömək etməkdə konstruktiv rol oynayacaq.
#Çin teqi istifadə olunub
- Bakı-Pekin münasibətlərində yeni mərhələ - Baku TV
- Çin-İran-Rusiya oxu güclənir? - Səfəvinin Pekin səfəri ilə bağlı diqqətçəkən məqamlar - Baku TV
- Çin-İran-Rusiya oxu güclənir?
- Qağayıların gəlişi Kunmində ənənəvi müşahidə mövsümünü başladıb
- Asma məbədin möhtəşəm nümayişini 250 mindən çox insan izləyib
