Pleyeri seçin:

İsrailə raket hücumları: ölkənin daha 13 müdafiə sisteminə ehtiyacı var

09 oktyabr 2023 306 baxış

Oktyabrın 7-si gecə saatlarından etibarən İsrailə qarşı aktiv hücuma keçən HƏMAS hərəkatı ölkə ərazisinə minlərlə raket atıb, nəticədə yüzlərlə dinc sakin öldürülüb. Atılan raketlərin əksəriyyəti İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib.

“Dəmir Qübbə”nin aktivliyinə baxmayaraq, elə ilk gün atılan 5 min raketin bəzisi yaşayış və iaşə obyektlərinə düşüb. Belə olduğu halda, ortaya bir sual çıxır. 2016-cı ildə Azərbaycanın da aldığı bu məşhur müdafiə sistemi nə dərəcədə etibarlı və təhlükəsizdir?

Birinci başlayaq “Dəmir Qübbə”nin nə olduğundan. İstənilən hava şəraitində çalışa bilən bu mobil müdafiə sistemi təxminən 70 kilometr məsafədən atılan qısamənzilli raketləri, artilleriya və minaatan mərmilərini havada məhv edir.

Sistem mahiyyətcə üç – radar, idarəetmə-komanda bloku və raket buraxılış qurğusundan ibarətdir. Qurğu əvvəlcə qarşı cəbhədən atılan raketi aşkar edir, onun marşrutunu, düşəcəyi nöqtəni hesablayır və bu məlumatlar əsasında ən yaxın blokdan atəş açmaqla raketi zərərsizləşdirir.

Məlumata görə, HƏMAS “Dəmir Qübbə” sistemini zərərsizləşdirmək üçün taktika hazırlayıb və bu məqsədlə İsrailin hava məkanına çoxlu raketlər atıb. Buna görə də İsrail bu hücumlardan kifayət qədər müdafiə oluna bilməyib.

O zaman belə başa düşülür ki, bu məşhur “Dəmir Qübbə” kifayət qədər effektiv deyil? İsrail rəsmiləri sistemin 70-90 faiz effektiv olduğunu deyirlər.

Qeyd edək ki, 2006-cı ildə Livandan İsrailin şimalına atılan 4 mindən çox raket hücumu zamanı 44 mülki şəxsin həyatını itirməsindən sonra istehsal olunan “Dəmir Qübbə” sistemini aktivləşdirmək böyük vəsait tələb edir. Belə ki, sistemin hər məhvedici raketinin qiyməti təxminən 95 min dollardır. Bu səbəbdən bu müdafiə vasitələri yalnız mülki yaşayış məntəqələrinin və ya strateji mövqelərin qorunmasına cəlb edilir.

“Jerusalem Post” qəzeti yazır ki, İsraili qorumaq üçün 13 belə sistemə ehtiyac var. Daha çox ballistik raketləri məhv edə bilən və ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sisteminə bənzəyən “Dəmir Qübbə” daha çox qısamənzilli raketlərin məhvi üçün nəzərdə tutulub və bu işdə ən təsirli müdafiə sistemlərindən biri olduğu deyilir.

Yeri gəlmişkən, İsrail rəsmiləri “Dəmir Qübbə”nin uçuş məsafəsini 70 kilometrdən 250 kilometrə çatdırmağı və eyni anda iki fərqli istiqamətdən gələn hücumları məhv edə biləcək hala gətirməyi hədəflədiklərini açıqlayıblar.

Banner
Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Dünya
04 noyabr 2026 306 baxış
Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Dünya
04 noyabr 2026 306 baxış
Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Dünya
04 noyabr 2026 306 baxış
72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

Dünya
04 noyabr 2026 306 baxış
Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Dünya
04 noyabr 2026 306 baxış
Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Dünya
04 noyabr 2026 306 baxış
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 306 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 306 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 306 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 306 baxış
Seçilmişlər
icon