İsrailin hava hücumu Qəzzada daha doqquz nəfərin həyatına son qoyub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Qəzzada polis bölməsinə endirdiyi hava hücumu nəticəsində doqquz fələstinli ölüb, 15 nəfər yaralanıb.
Bu barədə "Reuters" polis və tibb xidmətinə istinadən xəbər verib.
Məlumata görə, bələdiyyə polisinin qərargahına edilən hücumda həlak olanlar arasında səkkiz yüksəkvəzifəli zabit, eləcə də hücum zamanı yaxınlıqda olan 13 yaşlı qız da var.
Avqustun 19-da İsrailin başqa hava hücumu səbəbindən Qəzzanın mərkəzindəki Nüseyrat qaçqın düşərgəsində bir nəfər həlak olub.
Qəzzanın Səhiyyə Nazirliyi və İsrailin Müdafiə Ordusunun məlumatına görə, ötən ilin oktyabrında atəşkəs razılaşdırıldıqdan bəri Qəzzada 1200-dən çox fələstinli və dörd İsrail əsgəri həlak olub.
Bu arada, İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin Suriyadakı hərbi varlığı ilə bağlı kəskin bəyanat verib. Baş nazir Türkiyə hərbi qüvvələrinin cənuba doğru irəliləməsinə dözməyəcəklərini deyib.
"Cənuba doğru irəliləyən Türkiyə hərbi varlığının möhkəmlənməsinə dözməyəcəyik. Biz bunu aydın şəkildə bildirdik. İndi gördük ki, Türkiyə Hələb bölgəsindəki aerodromlardan birində möhkəmlənmək niyyətindədir və biz onlara bir mesaj göndərdik. Mesaj ötürüldü, lakin görünür, onlar bunu eşitmədilər. Ona görə də bu mesajı daha aydın şəkildə başa düşmələrinə şərait yaratdıq", – deyə İsrailin Baş naziri bildirib.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
