İsrailin məktəbi atəşə tutmasının pərdəarxası | Faktlar ortaya çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusunun Qəzzada məktəbi vurması beynəlxalq təşkilatların və ictimaiyyətin sərt reaksiyasına səbəb olub.
Sözügedən hadisədən dərhal sonra İsveçrənin Avro-Med insan haqları təşkilatı İsrail Ordusunun Qəzzadakı fəaliyyəti ilə bağlı faktları yayımlayıb.
Qurumun araşdırması nəticəsində məlum olub ki, təhsil ocağına edilən hücum nəticəsində İsrailin terrorçuların siyahısına daxil etdiyi 19 nəfərdən 3-ü daha əvvəl öldürülüb. Yəni ordunun terrorçu adı altında şəkillərini yerləşdirdiyi şəxslər – Əhməd İhab əl-Cəbəri 2023-cü ilin dekabrında, Yusif əl-Vadiyya və Montaser Daher isə sözügedən hücumdan cəmi bir neçə gün əvvəl qətlə yetirilib.
Bundan başqa o da məlum olub ki, müharibə ilə heç bir əlaqəsi olmayan 3 nəfər yaşlı mülki şəxs zərbələrin qurbanı olub.
Daha bir fakt isə təhsil ocağının özü ilə bağlıdır. Qurumun araşdırmasına görə, məktəb HƏMAS və “İslami Cihad” qruplaşmasının İsrailin iddia etdiyi kimi gizlənməsi üçün əlverişli yerdə olmayıb.
Birləşmiş Millətlər Təşkilatı da məsələyə reaksiya verib. Bildirilib ki, Qəzzada 564 məktəb binasından 477-si hücuma məruz qalıb. Digər təhsil ocaqları da İsrail Müdafiə Ordusunun hədəfləri sırasındadır.
BMT-nin uşaq fondu UNICEF-in Yaxın Şərq və Şimali Afrikada kommunikasiyalar üzrə məsul işçisi Salem Oveyis isə qeyd edib ki, sözügedən hadisə həqiqətən də dəhşətlidir.
Fransanın və Böyük Britaniyanın xarici işlər nazirlikləri də baş verən hücumu qınayıb və İsrail tərəfini beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırıb.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
