İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı növbəti əməliyyat keçirildi
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan ikinci dalğa korrupsiya əməliyyatı çərçivəsində prokurorluq tərəfindən məhkəməyə göndərilən 30 şübhəlidən 18-i həbs edilib.
"TRT Haber"in yaydığı məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən saxlanıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyə rəhbəri Ekrem İmamoğlunun da daxil olduğu şübhəlilər barəsində "vəzifə səlahiyyətlərindən sui-istifadə", "cinayətkar təşkilat qurmaq və idarə etmək", "rüşvət", "dələduzluq", "şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "tenderə müdaxilə" cinayətləri üzrə aparılan korrupsiya istintaqı davam edir.
İstanbul, Ankara və Tekirdağda keçirilən əməliyyatlar nəticəsində 53 nəfər saxlanılıb. Onlardan 4-ü barəsində "xarici ölkəyə çıxış qadağası" və "müntəzəm imza" şəklində məhdudiyyətlər tətbiq olunub. 12 nəfər barəsində isə digər müxtəlif nəzarət tədbirləri seçilib.
#Türkiyə teqi istifadə olunub
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib
