İtaliyanın keçmiş baş naziri Berluskoni vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni iyunun 12-də 86 yaşında vəfat edib. Bu barədə məlumatı İtaliya mətbuatı yayıb.
Sabiq baş nazir aprelin əvvəlində Milan klinikalarından birinə yerləşdirilib və 1 aydan çox orada qalıb. 86 yaşlı Berluskoni daha sonra leykemiya və pnevmoniyaya görə xəstəxanada müalicə alıb. Onun Milanda “San-Raffaele” klinikasında vəfat etdiyi bildirilir.
Silvio Berluskoni 1936-cı ilin sentyabrın 29-da anadan olub. Hüquq təhsili alan siyasətçi “İrəli İtaliya” siyasi hərəkatının və “Azadlıq xalqı” Partiyasının yaradıcısı və sədri olub. 1993-cü ildə “İrəli İtaliya” siyasi hərəkatını təsis edib. Müxtəlif prezidentlərin hakimiyyəti dövründə İtaliyanın baş naziri olan S.Berluskoni bu postundan 2011-ci ildə uzaqlaşıb.
#İtaliya teqi istifadə olunub
- İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislər arasında toqquşmalar yaşanıb - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI
- Köhnə qitə niyə xaosa sürüklənir? | Avropada nə baş verir? - Baku TV
- Tələbələr təhsilə daha çox vəsait ayrılmasını tələb edirlər
