Pleyeri seçin:
İzmirdə yenidən şiddətli meşə yanğınları
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İzmir bölgəsinin iki fərqli ərazisində yanğın baş verib.
Yanğınların səbəbi hələlik məlum deyil. Bildirilib ki, İzmirin Aliağa bölgəsində yanğınla mübarizəyə 6 helikopter, 4 təyyarə və 100-ə yaxın yanğınsöndürən cəlb edilib. Digər yanğın Menderes rayonunun meşəlik sahəsində başlayıb. Bura isə 5 helikopter, 3 təyyarə və yanğınsöndürən briqadalar cəlb olunub.
Xatırladaq ki, artıq 10 günə yaxındır ki, Türkiyənin İzmir bölgəsində meşə yanğınları baş verir.
Kopyalandı
