Pleyeri seçin:

Kim Çen Indan ağlasığmaz qərarlar | Şimali Koreyada həyat çətinləşir

07 yanvar 2025 327 baxış

Şimali Koreya lideri Kim Çen In ölkədə Qərb mədəniyyətinə qarşı sərt tədbirlər görməyə davam edir.

Onun son qərarlarına əsasən, hot-doqların istehlakı və boşanmalar qəti şəkildə qadağan olunub. Kim Çen In bu qərarını ölkənin “ideoloji təmizliyini qorumaq” və “Qərb təsirlərini məhv etmək” məqsədi ilə izah edib.

Kim Çen In hot-doqları “həddindən artıq Qərb məhsulu” adlandırıb və bu yeməyi yeməyi vətənə xəyanətə bərabər tutub. Onun əmrində deyilir ki, hot-doq hazırlayan və ya yeyən hər kəs ciddi cəza ilə üzləşəcək. Belə şəxslər altı ay müddətinə əmək düşərgələrinə göndəriləcək. Bu qərar hot-doqların satışı və istehsalının qadağan olunması ilə yanaşı, küçə yeməklərinə qarşı yeni nəzarət tədbirlərinin görülməsinə də səbəb olub.

Liderin digər sərt qərarı isə boşanmalara aiddir. Kim Çen In boşanma hadisələrini “ailə institutuna qarşı cinayət” adlandırıb. O, boşanan cütlüklərin “cinayətlərinin əvəzini ödəmək” üçün əmək düşərgələrinə göndərilməsini əmr edib. Məqsəd cəmiyyətin ailə dəyərlərini qorumaq və boşanma hallarının qarşısını almaqdır. Bu qərar artıq ağır sosial və iqtisadi təzyiqlərlə üzləşən şimali koreyalılar arasında ciddi narahatlıq yaradıb.

Daha əvvəl də ölkədə Qərb tərzində geyimlər, musiqilər və filmlər qadağan edilmişdi. İndi isə qida mədəniyyətinə qarşı tədbirlər diqqət mərkəzindədir.

Bu yeni qadağalar beynəlxalq ictimaiyyət tərəfindən təəccüblə qarşılanıb. Ekspertlər Şimali Koreyanın bu cür qərarlarla daxili nəzarəti gücləndirməyə çalışdığını bildirirlər. İnsan haqları təşkilatları isə əmək düşərgələrində saxlanılan insanların vəziyyətinə dair narahatlıqlarını ifadə edib.

Kim Çen Inın bu sərt addımları ölkədə sosial və ideoloji nəzarətin daha da gücləndirilməsinə yönəlib və Şimali Koreyada gündəlik həyatın artıq daha çətin hala gələcəyini göstərir.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 327 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 327 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 327 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 327 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 327 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 327 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 327 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 327 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 327 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 327 baxış
Seçilmişlər
icon