Pleyeri seçin:

Kişiləri döyməyi biznesə çevirən qadın | “2027-ci ilədək ən azı 1000 kişini...”

09 iyun 2026 253 baxış

Uqandalı kontent istehsalçısı Aleti Kristal verdiyi müsahibədə 2027-ci ilə qədər 1000 kişini "döyməyi" qarşısına məqsəd qoyduğunu bildirib.

"The Ugandan Boy Talk Show" proqramına danışan Kristal bu fəaliyyətinin qadınlara qarşı zorakılıq edən kişilərə yönəldiyini deyib. Onun sözlərinə görə, sevgililərinə və ya həyat yoldaşlarına fiziki zorakılıq göstərən kişiləri "cəzalandırmaq" üçün xüsusi bir təşkilat yaradıb.

"Bu səbəbdən yaxın vaxtlarda kişiləri döydüyüm bir iş qurmuşam. Əgər zorakılıq münasibətindəsənsə, sevgilin səni aldadırsa, dələduzluq edirsə və ya sənə əl qaldırırsa, mənə müraciət et", – deyə o bildirib.

Aleti Kristal bu fəaliyyətin kifayət qədər gəlirli olduğunu və ona kontent istehsalından daha çox qazanc gətirdiyini də vurğulayıb:

"Bu iş mənə, həqiqətən də, kontent istehsalından qazandığımdan daha çox pul qazandırdı. Çoxlu müştərim var və buna görə minnətdaram. Ona görə də onları layiqincə döyürəm. Mənimlə çalışan bir komandam da var. Gecənin bir yarısı zəng edib bir kişini döyməyimi istəməyiniz kifayətdir. 2027-ci ilə qədər ən azı 1000 kişini döyməyi hədəfləyirəm. Bir iş qadını olaraq bunu bacarıramsa, bu mənim üçün kifayətdir", – deyə o əlavə edib.

Kristal bildirib ki, bu fəaliyyət kişilərin qadınlara qarşı zorakılıq etməzdən əvvəl iki dəfə düşünməsinə səbəb ola bilər. O həmçinin zorakılıq edən şəxslərin qanun qarşısında cavab verməsi üçün gələcəkdə polis ilə əməkdaşlıq etməyi planlaşdırdığını da qeyd edib.

Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər

Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər

Dünya
25 sentyabr 2026 253 baxış
ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI

ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI

Dünya
25 sentyabr 2026 253 baxış
Artım avropalı sürücülərə gündəlik 203 milyon avroya başa gəlir

Artım avropalı sürücülərə gündəlik 203 milyon avroya başa gəlir

Dünya
25 sentyabr 2026 253 baxış
Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI

Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI

Dünya
25 sentyabr 2026 253 baxış
Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir

Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir

Dünya
25 sentyabr 2026 253 baxış
NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV

NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV

Dünya
25 sentyabr 2026 253 baxış
6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR

6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR

Dünya
25 sentyabr 2026 253 baxış
Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV

Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV

Dünya
25 sentyabr 2026 253 baxış
Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə nələr baş verir? - Baku TV

Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə nələr baş verir? - Baku TV

Dünya
25 sentyabr 2026 253 baxış
Vaşinqton Avropadakı müharibəni bitirə biləcəkmi? | Zelenski ABŞ-də nələrdən danışdı? - Baku TV

Vaşinqton Avropadakı müharibəni bitirə biləcəkmi? | Zelenski ABŞ-də nələrdən danışdı? - Baku TV

Dünya
25 sentyabr 2026 253 baxış
Seçilmişlər
icon