Pleyeri seçin:

Kiyevdə 42 illik sovet gerbi niyə indi sökülür?

05 avqust 2023 77 baxış

Avropanın ən hündür abidəsi olan və “Ana Vətən” adlanan heykəlin hündürlüyü 100 metrdən çoxdur. Onun yerləşdiyi tarixi hərbi muzey isə Avropada ən geniş ərazili muzeyi hesab olunur.

Burada İkinci Dünya müharibəsindən sonra münaqişədən qalmış hərbi texnikalar və sursatlar nümayiş olunur. Heykəl vaxtilə SSRİ rəhbərliyinin qərarı ilə burada ucaldılıb.

Sözügedən abidənin də daxil olduğu memorial kompleksin baş direktoru Yuri Savçuk 32 il əvvəl tarixin arxivinə atılmış SSRİ-nin gerbinin niyə məhz indi sökülməsinin səbəblərini Baku TV-nin Şərqi Avropa bürosuna açıqlayıb.

“Memorial kompleksdə gerbin indiyədək saxlanılmasının səbəbi o idi ki, Sovet İttifaqına daxil olmuş keçmiş respublikalar uzun müddət ərzində postsovet ölkələri kimi inkişaf edirdilər. Fikrimcə, əslində, bununla bağlı bütün paralellər qüsurludur. Belə qərarların verilməsi üçün cəmiyyət yetişməli, yeni nəsil böyüməli və onun yeni tarixi yaddaşı formalaşmalıdır. Ümumiyyətlə, Vətən müharibəsi memorial kompleksinin əvəz edilməsi ilə bağlı Ukrayna cəmiyyətində ciddi müzakirələr gedib. Söhbət qalxanın üzərindəki təsvirdən və ümumiyyətlə abidənin gələcək taleyindən gedir. Hazırda Ukraynada İkinci Dünya müharibəsindən bəri ən böyük müharibə gedir. Qalxanda isə keçmiş Sovet İttifaqının gerbi təsvir olunub. O, Ukraynanın milli rəmzi – üçdişli sarı nizə ilə əvəz olunacaq”, – deyə o bildirib.

Qeyd edək ki, paytaxt Kiyevdə Sovet İttifaqı ilə bağlı digər nişanələr artıq bir neçə il əvvəldən ləğv edilib. Yalnız “Qələbə” prospektində SSRİ gerbi ötən ilin yazında sökülüb.

Yenilənmiş sülh planı özündə nəyi ehtiva edir?

Yenilənmiş sülh planı özündə nəyi ehtiva edir?

Dünya
18 dekabr 2025 77 baxış
Liderlər vahid razılığa gələ bilmir

Liderlər vahid razılığa gələ bilmir

Dünya
18 dekabr 2025 77 baxış
“Vəsait olmasa, dron istehsalını azaltmalı olacağıq” | Volodimir Zelenski

“Vəsait olmasa, dron istehsalını azaltmalı olacağıq” | Volodimir Zelenski

Dünya
18 dekabr 2025 77 baxış
Polşanın Baş nazirindən Avropa liderlərinə xatırlatma | "Dərhal addım atmalıyıq" - Baku TV CANLI

Polşanın Baş nazirindən Avropa liderlərinə xatırlatma | "Dərhal addım atmalıyıq" - Baku TV CANLI

Dünya
18 dekabr 2025 77 baxış
“3 min il sonra ilk dəfə...” | Trampın xalqa müraciətində vacib mesajlar - Baku TV

“3 min il sonra ilk dəfə...” | Trampın xalqa müraciətində vacib mesajlar - Baku TV

Dünya
18 dekabr 2025 77 baxış
Hakan Fidan SDQ-nin Suriya Ordusuna inteqrasiyasından danışdı

Hakan Fidan SDQ-nin Suriya Ordusuna inteqrasiyasından danışdı

Dünya
18 dekabr 2025 77 baxış
Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb

Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb

Dünya
18 dekabr 2025 77 baxış
Siz başlatdınız, biz isə sona qədər gedəcəyik! - Putindən Qərbə təhdid dolu mesaj - Baku TV

Siz başlatdınız, biz isə sona qədər gedəcəyik! - Putindən Qərbə təhdid dolu mesaj - Baku TV

Dünya
18 dekabr 2025 77 baxış
Putinin açıqlamaları sülhlə bağlı suallar yaratdı | Kremlin məqsədi nədir?

Putinin açıqlamaları sülhlə bağlı suallar yaratdı | Kremlin məqsədi nədir?

Dünya
18 dekabr 2025 77 baxış
“Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib

“Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib

Dünya
18 dekabr 2025 77 baxış
Seçilmişlər
icon