Kiyevdə aksiya | Rusiyadan “Azovstal” əsirlərini azad etməyi tələb etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın paytaxtı Kiyevin mərkəzində Ukrayna Silahlı Qüvvələrinin artıq 2 ilə yaxındır əsir düşmüş “Azovstal” müdafiəçilərinə dəstək və onların azad olunması tələbi ilə aksiya keçirilir.
Aksiyada əsir düşənlərin yaxınları və ölkə ictimaiyyətinin fəalları iştirak edirlər.
“Biz bura yığılmışıq ki, oğlanlarımız əsirlikdən azad edilsin. Mənim tək oğlum da əsirlikdədir. Onları dəyişmirlər. Nəinki dəyişmirlər, ümumiyyətlə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrini onlara yaxın buraxmırlar. Oğlumuzun azad edilməsini istəyirəm. 2 ilə yaxındır o, əsirlikdədir və heç bir məlumat ala bilmirik”, – aksiya iştirakçısı Svetlana Vinokurova deyib.
Qeyd olunub ki, aksiyalar əsirlikdə olan hərbçilər azad olunana qədər davam etdiriləcək.
#Ukrayna teqi istifadə olunub
- İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
