Kiyevin hədəsinə Kremlin kinayəsi | Peskovdan mühüm açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
“Vladimir Putinin ilkin şərt olmadan Rusiyanın Ukrayna ilə danışıqlara hazır olması ilə bağlı bəyanatı aktualdır”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya ABŞ-nin sülh prosesində göstərdiyi səylərin nəticə verəcəyini gözləyir:
“Vladimir Putinin əsas məqsədi hərbi əməliyyata başlayarkən qarşıya qoyduğu məqsədlərə nail olmaqdır. Biz öz milli maraqlarımızı təmin etməliyik. V.Putin atəşkəsin tətbiqini dəstəkləyir, lakin əvvəlcə bir sıra nüansları həll etmək lazımdır. Rusiya Federasiyası Ukrayna ilə birbaşa danışıqlara hazırdır, Kiyevdən isə cavab yoxdur”.
Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib ki, Kiyevin təhdidlərinə baxmayaraq, Moskvada 9 May Qələbə paradı baş tutacaq:
“Volodimir Zelenski bir çox fərqli bəyanatlar verir, əksəriyyəti uğursuz olur. Parad olacaq, biz də sizinlə birlikdə fəxrlə izləyəcəyik”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
