Kiyevlə bağlı sensasiyalı proqnoz yeni Maydan ehtimalını gündəmə gətirdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna münaqişəsinin başa çatmasının ən real ssenarilərindən biri ölkədə korrupsiya və sosial gərginlik fonunda yeni Maydanın baş verməsidir.
Bunu “Gazeta.ru”ya açıqlamasında Ukraynanın keçmiş deputatı Spiridon Kilinkarov deyib.
Onun sözlərinə görə, belə bir ssenari xarici geosiyasi aktorlara məsuliyyəti Ukrayna hakimiyyətinin üzərinə qoyaraq münaqişədən “özünü qoruyaraq” çıxmağa imkan verə bilər.
“Ən real ssenari Ukraynada hakimiyyətin yuxarı eşelonlarında korrupsiya ilə bağlı növbəti dövlət çevrilişinin baş verməsidir. Bu, prinsipcə, hamını qane edə bilər”, – deyə Kilinkarov əlavə edib.
Eks-deputatın fikrincə, hazırda Ukrayna cəmiyyətində etiraz potensialı 2014-cü ildəki Maydan dövrü ilə müqayisədə dəfələrlə yüksəkdir.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
