Pleyeri seçin:

Kobaxidze söz verdi | Gürcüstan və Almaniya arasında nə baş verir?

04 iyun 2024 543 baxış

"Gürcüstanda inqilab təşkil etməyin qeyri-mümkün olduğunu hər kəs gördü".

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Hökumət başçısı Gürcüstanda vəziyyətin sabit qalacağına, ölkədə sülhün qorunub saxlanılacağına əminliyini ifadə edib.

İrakli Kobaxidze sanksiyalarla bağlı səsləndirilən bəyanatları isə qeyri-ciddi adlandırıb:

“Sanksiyalara dair söhbətləri qeyri-ciddi hesab edirik. Bununla bağlı bəyanat verənlər də qeyri-məhsuldar insanlardırlar. “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsinə səs verən deputatlara qarşı sanksiyaların tətbiq olunacağı ilə bağlı bildirişlərin göndərilməsi xəbəri də şayiədir və həqiqəti əks etdirmir”.

Jurnalistlərin suallarını cavablandıran Baş nazir Almaniyanın Gürcüstandakı səfiri Peter Fişeri Tbilisi-Berlin əlaqələrini zədələməyə çalışmaqda ittiham edib. İrakli Kobaxidze həmçinin bildirib ki, Almaniya Gürcüstanın dostu və tərəfdaş ölkədir. Heç bir səfir bu ənənəvi dostluğu və tərəfdaşlığı poza bilməz.

“Hazırkı səfir buna çalışır. Nəticə etibarilə o buna nail ola bilməyəcək”, – deyə Baş nazir əlavə edib.

İ.Kobaxidze qeyd edib ki, Peter Fişer Almaniya Kansleri Olaf Şoltsun fikirlərinin guya Gürcüstanın ünvanına səsləndirildiyini deməklə ölkəsinin nüfuzuna bilərəkdən xələl gətirməyə çalışır.

Qeyd edək ki, almaniyalı hökumət başçısı Olaf Şolts iyunun 2-də öz çıxışlarının birində bildirmişdi ki, bugünlərdə siyasi motivli düşmənçilik halları və hücumlar artmaqdadır: “Nifrət və zorakılığa qarşı tolerant ola bilmərik. Ləyaqətli insanların səsi eşidilməlidir”.

Bu fikirlərin Gürcüstanda etiraz dalğalarının baş qaldırdığı bir faktda səsləndirilməsi isə birmənalı qarşılanmayıb.

Banner
Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Dünya
04 noyabr 2026 543 baxış
Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Dünya
04 noyabr 2026 543 baxış
Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Dünya
04 noyabr 2026 543 baxış
72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

Dünya
04 noyabr 2026 543 baxış
Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Dünya
04 noyabr 2026 543 baxış
Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Dünya
04 noyabr 2026 543 baxış
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 543 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 543 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 543 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 543 baxış
Seçilmişlər
icon