Köçəryanın oğlunun "lider"lik yolu | Rusiyameyilli qüvvələr iş başında
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən çıxarılandan sonra siyasətlə məşğul olan və deputat mandatı verilən oğlu Levon Köçəryan sərhədimizə gəlib.
Bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, L.Köçəryan dostları ilə Zəngəzur istiqamətində döyüş mövqelərini ziyarət edib.
“Bu gün biz Zəngəzurun döyüş mövqelərinə baş çəkdik. Ön cəbhədə dayanan əsgər və zabitlərimizlə söhbət etdik, vəziyyətlə tanış olduq. Vətənimizin müdafiəsi üçün ön cəbhədə dayanan hər kəs problemsiz xidmət etməlidir”, – deyə Levon sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Ermənistanda hakimiyyətə qayıtmaq potensialı olmayan R.Köçəryandan əlini üzən rusiyameyilli qüvvələr Levon Köçəryandan lider düzəltmək üçün can-başla çalışır və onun təbliğatını aparırlar. Hakimiyyətdə olduğu müddətdə erməni xalqından talayaraq topladığı külli miqdarda mirası atasından qəbul edən Levonun öz təbliğatına ciddi maliyyə xərclədiyi də görünür.
#Robert Koçaryan teqi istifadə olunub
- Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib
- Dövlət ittihamçısının vəsatəti təmin olundu | Keçmiş prezidentlə bağlı yeni qərar - Baku TV CANLI
- Moskva Koçaryan üçün hərəkətə keçəcək? | Şirinyandan sensasiyalı iddia - Baku TV CANLI
- "Onun sifarişi ilə öldürülənlər təkcə azərbaycanlılar deyil" | Koçaryan yenə həbs edildi - Baku TV
- Koçaryanın yenidən həbsinin arxasında hansı ittihamlar dayanır? - Baku TV CANLI
