Pleyeri seçin:
Kolumbiyada qəzaya düşən uşaqlar 40 gün sonra xilas edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 1-də Kolumbiyada qəzaya uğrayan “Cessna 206” tipli təyyarədə olan 4 uşaq xilas edilib.
40 gün əvvəl Kolumbiya cəngəlliyində qəzaya uğrayan təyyarənin sərnişinlərinin sağ tapılması haqda Kolumbiya Prezidenti Qustavo Petro “Twitter” hesabında məlumat da paylaşıb.
“Bütün ölkə üçün sevinc! 40 gün əvvəl Kolumbiya cəngəlliyində itən 4 uşaq sağ tapıldı”, – deyə Prezident yazıb.
Yerli mətbuatda bildirilir ki, uşaqlar susuz qalıblar və həşərat dişləmələrindən əziyyət çəkiblər. Xilas edildikdən sonra dərhal helikopterlə hərbi hospitala aparılıblar və onlara tibbi yardım göstərilib.
Məlumata görə, azyaşlıların ən böyüyünün 13 yaşı, qalanlarının isə doqquz, dörd və bir yaşı var.
Kopyalandı
#Kolumbiya teqi istifadə olunub
- Silahlı quruplaşmalara qarşı hərbi əməliyyatlar sərtləşdirilib, Milli Azadlıq Ordusunun 10 üzvü öldürülüb
- Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI
- Kolumbiyada zəlzələ bölgəsində itkilər artır | Axtarış əməliyyatları davam etdirilir - Baku TV
- Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib
- Kolumbiyada güclü zəlzələ baş verib | Xilasetmə işləri aparılır - Baku TV
