Koreya Respublikası bizim əbədi düşmənimizdir | Kim Çen In
Yeniliklərdən dərhal xəbərdar olun
Koreya Xalq Demokratik Respublikası Koreya Respublikasını özünün daimi əsas düşməni hesab edir və təhlükəsizliyini tələb edən fövqəladə hallar baş verərsə, onun ərazisini işğal etməyə hazırdır.
Bunu Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun yaradılmasının 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib.
“Bir müddət əvvəl partiyamız və hökumətimiz xalqımızın parçalanması və qarşıdurma tarixi ilə bağlı məsələlərə yekun vurub. Cənubi koreyalı marionetlərin ölkəmizin ən zərərli və dəyişməz əsas düşməni kimi müəyyən edilməsi və fövqəladə hallarda ərazilərinin işğalına milli siyasət kimi qərar verilməsi ölkəmizin gələcəkdə əbədi təhlükəsizliyi, sülh və sabitliyi üçün ağlabatan tədbirdir”.
Qeyd edək ki, KXDR lideri 2023-cü ilin dekabr plenumunda bildirmişdi ki, Koreya Fəhlə Partiyası artıq Koreya yarımadasının dialoq və sülh yolu ilə birləşdirilməsinin mümkünlüyünə inanmır. O əlavə edib ki, Şimali və Cənubi Koreya, nəhayət ki, bir-birinə düşmən dövlətlərə çevriliblər.
#Şimali Koreya teqi istifadə olunub
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Kim Çen Inın öldüyü və cəsədinin gizli şəkildə ölkəyə gətirildiyi iddia olunur - Baku TV CANLI
- Şimali Koreya liderinin komaya düşdüyü barədə yeni məlumatlar yayılıb
