Koronavirusun yeni ştamı sürətlə yayılır
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusun mutasiyaya uğramış yeni forması yayılır.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Maria van Kerkhove bildirib. Onun sözlərinə görə, “Omikron”un yeni ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər.
Yeni ştam artıq 29 ölkədə aşkarlanıb. Biz onun artım tempindən narahatıq, xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-nin şimal-şərqində yeni ştam digər dövriyyədə olan alt variantları əvəz edib”, - deyə o bildirib.
Maria van Kerkhove qeyd edib ki, hazırda ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq.
Məlumat üçün bildirək ki, koronavirusun ocağı olan Çində koronavirusa yoluxanların sayı qəfil artıb. Bu səbəblə xəstəxanalar, eləcə də ölkə üzrə krematoriyalar tam dolub. Paytaxt Pekin və ölkənin Şanxay şəhərində yerləşən krematoriyalarda 24 saat ərzində COVID-19-dan dünyasını dəyişənlərin cəsədləri yandırılır. Təkcə Lunxuada yerləşən krematoriyalara gün ərzində 500-dən çox cəsəd gətirilir.
#Koronavirus teqi istifadə olunub
- Risk qrupuna daxil olan şəxslərdə xəstəlik ağır keçə bilər
- Koronavirusla bağlı təhlükə davam edir | Bunlara diqqət edin
- Azərbaycanda karantin rejiminin müddəti nə qədər uzadıldı?
- Bu ölkələrdə koronavirusa yoluxmalar artır | Müzakirələr yenidən canlandı, qurumlar hərəkətə keçdi
- Bu ölkələrdə yoluxmalar yenidən artdı | Kimlər peyvənddən istifadə edə bilməz?
