Kosmosda qeyri-adi hadisə | Alimlər əmələ gələn ulduz barədə nəyi etiraf etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiya Milli Astronomiya Rəsədxanasının və Maks Plank Astronomiya İnstitutunun alimləri gənc ulduz PDS 70-də artıq formalaşmış planetlərin orbitlərindən kənarda lokallaşdırılmış toz hissəciklərinin yığılmasını aşkar ediblər.
Onlar bunu bir ulduzun əmələ gəlməsinin əlaməti hesab edirlər.
PDS 70 protoplanetar disklə əhatə olunmuş gənc ulduzdur, onun daxilində iki planetin olduğu artıq təsdiqlənib.
Müşahidələr zamanı bu planetlərin orbitlərindən kənarda diskin müəyyən bölgəsində cəmlənmiş tozun qeyri-adi paylanması aşkarlanıb. Yeni məlumatlar göstərir ki, diskdəki toz məlum planetlərin orbitlərinin xarici kənarında dar bir bölgədə cəmləşərək lokallaşdırılmış yığın əmələ gətirir. Bu yığılma artıq formalaşmış planetlərin disklə qravitasiya qarşılıqlı təsirindən yarana bilər.
Bu ərazilərdə hissəciklərin böyüməsi prosesləri müşahidə olunub. Alimlərin fikrincə, proses yeni planetin yaranacağından xəbər verir.
#Kosmik tədqiqatlar teqi istifadə olunub
- NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir
- Başqa planetlərdə Yerdəkinə bənzər əlamətlər aşkarlanıb
- Kainatın ilk ulduzlarına dair araşdırmada hansı məqamlar üzə çıxıb?
- Planetin daxilindəki sirli strukturlar nədir və alimlər onları necə araşdırır?
- Yaşı 1 milyon ildən az olan ekzoplanet aşkarlanıb
