Kreml çağırdı, Kiyev nə dedi? | "Zelenski hazırdırsa, Moskvaya gəlsin"
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya lideri Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşün mənasının olacağına şübhə ilə yanaşıb.
Bu barədə o, Çinə səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
“Zelenski ilə görüşlərə gəlincə, mən belə görüşləri istisna etməmişəm, bu görüşlərin hər hansı bir mənası varmı?”, ‒ deyə Putin qeyd edib.
Rusiya lideri əlavə edib ki, Zelenski Moskvaya gəlməyə hazırdırsa, görüş baş tutacaq. Putin vurğulayıb ki, bunu ondan ABŞ Prezidenti Donald Tramp istəyib.
Ukrayna Xarici İşlər Nazirliyi isə öz növbəsində Putinin Moskvada görüşmək təklifini qəbul etməyib. Bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.
“Hazırda ən azı yeddi ölkə görüş keçirməyə hazırdır. Bunlar Avstriya, Vatikan, İsveçrə, Türkiyə və üç Körfəz dövlətidir. Bunlar ciddi təkliflərdir və Volodimir Zelenski istənilən vaxt belə bir görüşə hazırdır”, ‒ deyə Andrey Sibiqa sosial şəbəkədə yazıb.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
