Kreml hərəkətə keçdi | Rusiyadakı 3 milyon ermənidən istifadə edəcəklər?
İrəvanın “Zvartnots” Hava Limanından rus sərhədçilərin çıxarılması ilə bağlı Rusiya tərəfinə müraciətdən sonra Ermənistandakı Rusiya bazasının bağlanması məsələsi gündəmə gəlib.
Erməni mediası hökumət nümayəndələrinin artıq 102-ci bazanın Ermənistandan çıxarılmasının vaxtı çatdığı barədə müzakirə apardıqları məlumatını yayıb.
Ermənistan parlamentinin sabiq deputatı Naira Zöhrabyan da rus sərhədçilərin çıxarılmasının ardınca 102-ci bazanın bağlanmasının hədəfləndiyini açıqlayıb.
Onun fikrincə, Paşinyan bu addımı atacaq, ancaq Rusiyanın da cavabı olacaq.
O, artıq Rusiyanın müəyyən cavab tədbirləri gördüyünü də bildirib: “Artıq bir neçə gündür ki, Larsda vəziyyət kifayət qədər gərgindir: Rusiya tərəfi bəzi maşınları buraxır, bəzilərinə süni maneələr yaradılır və bu yanaşmalar daha da sərtləşəcək”.
Zöhrabyan Rusiyanın əlində ciddi iqtisadi təsir vasitələri olduğunu, Rusiyada 3 milyondan çox erməni yaşadığını da xatırladıb.
#Rusiya teqi istifadə olunub
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
