Kreml Zelenskini legitim saymır? | Peskov məsələyə aydınlıq gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin Qələbənin 80-ci ildönümündə atəşkəs təklifinə Kiyevdən hələ heç bir reaksiya verilməyib.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskvanın Kiyevin atəşkəsə qoşulub-qoşulmayacağı barədə heç bir fikri yoxdur.
D.Peskov Kiyevin Rusiyanın atəşkəs təşəbbüsünə birbaşa cavab verməkdən imtina etməsini manipulyasiya adlandırıb.
Onun sözlərinə görə, Vladimir Putin dəfələrlə bildirib ki, Rusiya ilkin şərt olmadan danışıqlara başlamağa hazırdır. Ukraynadan hələ ki cavab yoxdur. D.Peskov Kiyev hökumətinin legitimliyi ilə bağlı çətinliklərin olduğunu, lakin konfliktin sülh yolu ilə nizamlanmasının hər şeydən üstün olduğunu bildirib:
"Bu prosesə başlamaq lazımdır, bu, birinci dərəcəlidir, Volodimir Zelenskinin legitimliyi ilə bağlı məsələ ikinci dərəcəlidir".
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
